Bakıda bu klinikada əməliyyat olunan hərbçimiz öldü
Bakıda özəl klinikaların birində ölüm hadisəsi baş verib.
Nexeber.az Report-a istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü Rəşad Mahmudov Baku Medical Plazada baş nahiyəsindən əməliyyat olunub.
Vəziyyəti ağır olan R.Mahmudov infrakt keçirərək dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, R.Mahmudov hərbçi olub və səhhəti ilə əlaqədar Vətən müharibəsində iştirak etməyib.