"WhatsApp" istifadəçilərini sevindirəcək daha bir YENİLİK



 15:16 29.03.2024     139

"WhatsApp" messenceri istifadəçilərinə ünsiyyət qurmaq üçün yeni imkan tanıyacaq. Belə ki, mesajlaşma şəbəkəsi istifadəçinin yeni kontaktlarını müəyyənləşdirəcək və onlarla söhbətə başlamağı istifadəçiyə təklif edəcək.

Bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Məlumata görə, "WhatsApp" çatlar siyahısında yeni bölmə təqdim edəcək. Bu bölmədə söhbətə başlamaq üçün ünvan kitabçasından təklif olunan yeni kontaktlar göstəriləcək və yeni söhbətlərin başlaması asanlaşdıracaq.

Mütəxəssislərin fikrincə, istifadəçilər yeni qarşılıqlı əlaqə üçün təkliflər almamağa üstünlük verərsə, yeni bölmə istənilən vaxt parametrlərdə silinə bilər. Yeni funksiya inkişaf mərhələsindədir. Onun Android cihazları üçün gələcək proqram yeniləməsində mövcud olacağı gözlənilir.İ