Rəqsanə Moskvada saxlanıldı



 16:20 04.04.2024     193

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova Moskvada qanunsuz miqrasiyanın təşkilinə görə cinayət işi üzrə saxlanılıb.

Demedia.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, İsmayılova Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Rüşvət vermə" və "Sənəd saxtakarlığı" maddələri ilə ittiham olunur.