Sabah Zərdabın qaz təchizatı müvəqqəti dayandırılacaq
Sabah Zərdab rayonunun təbii qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Demedia.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində korroziyaya uğramış hissələrin dəyişdirilməsi, qaz sızmalarının ləğvi və s. görüləcək təmir işləri ilə əlaqədar 14.04.2022-ci il tarixində saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan zaman Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.