Milli Məclisin sabahkı iclasının gündəliyi dəyişdirildi
Milli Məclisin sabahkı iclasının gündəliyinə dəyişiklik edilib.
Demedia.az xəbər verir ki, iclasın gündəliyinə “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” AR Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə AR Milli Məclisinin qərarının layihəsi daxil edilib.
Bununla da Milli Məclisin iclasın gündəliyində olan məsələlərin sayı 13-dən 14-ə çatıb.