Milli Məclisin bu komitəsinin iclası da Şuşada keçiriləcək



 18:46 14.04.2022     171

Milli Məclisin Şuşada keçiriləcək növbəti birgə komitə iclasının vaxtı məlum olub.

Demedia.az report-a istinadla xəbər verir ki , aprelin 29-da Şuşa şəhərində parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclası baş tutacaq.

İclasda müzakirə olunacaq məsələlər isə yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, bundan əvvəl aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilib.