Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək
Azərbaycanda gənclərlə bağlı geniş tədbir keçiriləcək.
Nexeber.az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci il yaz sessiyasının qanunverilik işləri planına daxil edilib.
Belə ki, komitə sədri Hicran Hüseynova bu gün keçirilən iclasda yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib.
O qeyd edib ki, 2 fevral - Gənclər günü ərəfəsində "Gənc ailələrin sosial vəziyyəti" mövzusunda geniş videokonfransın keçirilməsinin nəzərdə tutulur.