Azərbaycanda zəlzələ oldu
Yerli vaxtla saat 17:02-də Zaqatala stansiyasından 10 km cənub-şərqdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Demedia.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Qeyd olunub ki, maqnitudası 3,9, dərinliyi isə 23 km olan zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqlərində 3 bala qədər hiss olunub.