Ötən gün ölkə üzrə qızılcaya yoluxma ilə bağlı 29 hadisə qeydə alınıb



 17:00 30.04.2024     412

Bu gün bəzi rayonlarda tək-tək hallarda olsa belə qızılca hadisəsi qeydə alınır.

Demedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, ötən gün ölkə üzrə 29 hadisə qeydə alınıb: “Rəqəmlər azalmaya doğru getsə də, hələ qarşısı alınmayıb. Çünki hələ də peyvənddən kənar qalan insanlar var”.

GEM rəsmisi xatırladıb ki, qızılca Azərbaycanda ötən ilin aprel ayından əsasən xaricdən gətirilmə halları ilə bağlı olub: “Gətirilmə faktları adətən Rusiya və Türkiyədən idi. Yoluxma halları da əsasən peyvənd olunmayan şəxslərdir”.

A.Əliyeva vurğulayıb ki, hər il təxminən 10% uşaq peyvənddən kənarda qalır: “Bununla da qeyri-immun təbəqə yaranır. Nəticədə hər hansı xəstəliyin alovlanması zamanı yoluxma halları da həddindən artıq çox olur”.