Azərbaycanda bütün karantin postları sökülür
Azərbaycanda pandemiya dövründə quraşdırılan karantin postları sökülür.
Demedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakı şəhərinin giriş-çıxışında qoyulan postların artıq sökülməyə başlanıldığını deyib.
O bildirib ki, pandemiyanın sərt dövründə qurulan karantin postları müvəqqəti xarakter daşıyırdı:
“Həmin postlar daimi olmadığı üçün sökülə bilər”.
Qeyd edək ki, Azərbaycanda karantin postları pandemiya səbəbi ilə 2020-ci ildə quraşdırılmışdı.