Tələbə qız aşağı bal aldığı üçün müəllimini bıçaqladı
Türkiyənin Dəclə Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekan müavini Yunus Yılmaz bıçaqlanıb.
Demedia.az xəbər verir ki, cinayəti fakültənin tələbəsi törədib. Hadisə 2023-cü ilin sentyabrın 18-də baş verib.
Dekan müavininin otağına gizlicə girərək onu aşağı bal verdiyi üçün bıçaqlayan B.Y adlı tələbə qız haqqında Diyarbəkir Respublika Prokurorluğu tərəfindən iddianamə hazırlanıb. İddianamədə bildirilib ki, hadisə baş verən gün müttəhim Yunus Yılmazın kabinetinə girdikdən sonra çantasından çıxardığı bıçaqla onun başına xəsarət yetirib.
Həkimin rəyi, şahid və zərərçəkmiş ifadələri, iş otağına baxan dəhlizdəki təhlükəsizlik kamerası qeydləri bütövlükdə araşdırılıb, şübhəli B.Y-nin silahla qəsdən adan yaralamaqda günahkar olduğu qeyd edilib.
Hadisədən sonra tələbə haqqında alınan tibbi rəydə vurğulanıb ki, təqsirləndirilən şəxsin Yunus Yılmaza qarşı qəsdən xəsarət yetirmə cinayəti “xəyal pozğunluğu” səbəbindən törədib.