"TikTok" hökumət KİV-ini bloklayacaq
"TikTok" hökumət nəşrlərinin, telekanalların və digər kütləvi informasiya vasitələrinin hesablarını istifadəçilərə tövsiyə etməyi dayandıracaq.
Bu barədə şirkətin sosial şəbəkələrdə dərc olunmuş press-relizində deyilir.
Şirkətdən bildirib ki, tədbir sözügedən KİV hesablarının konkret mövzularda daha geniş insan kütləsinə çatmağa çalışmasının qarşısını almaq məqsədi daşıyır.
Eyni zamanda, sosial şəbəkə müstəqil xarici ekspertlərlə birlikdə dövlət media hesablarının qiymətləndirilməsini aparacaq.