Sabah Hesablama Palatasının hesabatı müzakirə ediləcək



 20:18 19.04.2022     420

Sabah Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçiriləcək.

Demedia.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunacaq.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun iştirakı gözlənilir.

Müzakirələrdən sonra hesabat Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.