Umayra Tağıyeva: “Oxçuçayda çirklənmə normadan beş-yeddi dəfə çoxdur”
“Ermənistan Oxçuçayı çirkləndirməkdə davam edir”.
Demedia.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O bildirib ki, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq keçirilib:
“Nazirlik tərəfindən Oxçuçayda mütəmadi analizlər aparılıb. Götürülən nümunələr çayın üç müxtəlif istiqamətindən əldə edilib. Su nümunələri üzərindən 150-dən çox, dib çöküntüsü üzərindən isə 180-dən çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan beş-yeddi dəfə çoxdur. Təəssüf ki, çirklənmələr bu gün də davam edir. Çayda ağır metallar və digər çirkləndirici metalların çəkisi hazırda 5,5-7 dəfə çoxdur”.