“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu
“Tərtər işi”nə görə mühakimə edilən daha 4 hərbçinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Demedia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Prokuror təqsirləndirilən şəxslərə 9 il 10 aya kimi azadlıqdan məhrumetmə cəzası tələb edirdi.