Şəmistan Əlizamanlının rəhbərliyi ilə YENİ LAYİHƏ
“Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gənc əsgər və zabitlər arasında Vətən müharibəsi qələbəsinin təbliğinə həsr olunmuş tədbir-konsert və cəmiyyətdə vətənpərvərlik hissinin aşılanmasına dəstək məqsədi ilə vətənpərvəlik ruhunda musiqinin yazılışı və klipin çəkilməsi həyata keçiriləcək.
Demədia.az-ın məlumatına görə, layihə rəhbəri Şəmistan Əlizamanlı qeyd edib ki, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlıq edirlər:
“Agentliklə əməkdaşlığımız çərçivəsində indiyə qədər vətənpərvərlik ruhunda şəhid və qazilərimiz haqqında sənədli filmlər çəkib, həmçinin orta məktəb və hərbi hissələrdə tədbir-konsertlər həyata keçirmişik. Tədbirlərin keçirilməsi gənc əsgər və zabitlər arasında Vətən müharibəsi qələbəsini təbliğ etmək, əsgərlərə qəhramanların tanıdılması, gənc nəslin bu qəhramanları örnək götürərək əsl vətənpərvər kimi yetişməsinə dəstək məqsədi daşıyır. Həmçinin dövlət siyasətinə uyğun olaraq gənc nəslin və gənclərin təlim-tərbiyəsində vətənpərvərlik duyğularının aşılanmasıdır”.
“Hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi” adlı layihənin tədbirlər hissəsi Xankəndi, Xocalı və Hadrutda keçirilməsi nəzərdə tutulub", – deyə, Şəmistan Əlizamanlı vurğulayıb.