Lerikdə dörd tondan çox xaşxaş kolu məhv edilib
Lerikdə yabanı halda bitən narkotik tərkibli bitkilər yandırılıb.
Demedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2024" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 4 tondan artıq olan 16 286 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.