"Azəriqaz”ın inzibati binasında növbəti “Açıq qapı” aksiyası
Aprelin 22-də saat 11:00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası başlayacaq.
Bu barədə Demedia.az-a “Azəriqaz” İB-dən məlumat verilib.
Bildirilir ki, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.