Sumqayıtda DƏHŞƏT: 26 yaşlı oğlan özünü dənizə atdı



 11:40 22.06.2024     420

Sumqayıtda gənc oğlan özünü dənizə atıb.

Demedia.az   xəbər verir ki, hadisə iyunun 21-i saat 4 radələrində Sumqayıt şəhəri Xəzər bağlarında qeydə alınıb. 

Qubadlı rayon sakini, 26 yaşlı Kənan Kazımlı intihar məqsədi ilə özünü dənizə atıb. 

K.Kazımlını ərazidə xidmət aparan polis əməkdaşları xilas edərək sudan çıxarıblar. 

Faktla bağlı araşdırma aparılır.