Sosial şəbəkələrlə bağlı MM-də müzakirə: "Ciddi nəzarət olmalıdır"
Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır.
Demedia.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.
Deputat bildirib ki, dünyada mənəvi, əxlaqi aşınma getməkdədir: “Azərbaycanda bu məsələ hər zaman diqqət mərkəzində olub. 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycan gənci ən yüksək mənəvi, əxlaqi dəyərlərə sahibdir. Biz ölkəmizdə bu müsbət tendensiyanı qorumalıyıq. Qloballaşma dönülməz xarakter alıb. İnformasiya texnologiyaları öz inkişafının ən yüksək mərhələsinə çatıb. Bizim ayrıca strategiyamız olmalıdır. Sosial şəbəkələrdə gedən kontentlərə ciddi nəzarət olmalıdır”.