Bakıda toyda başlayan dava qanla bitdi



 21:50 03.07.2024     568

Paytaxtda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Belə ki, Xəzər rayonunun Binə qəsəbəsində, "Atçılıq" yaşayış massivində qonşular arasında düşən mübahisə zamanı 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaq xəsarətləri alıblar.

Hər iki yaralı ağır vəziyyətdə Sabunçu Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, toyda qonşular arasında mübahisə yaranıb:

"Toydan sonra Amil və atası evlərinə gediblər. Daha sonra onları "söhbət"ə çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Atasına üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər".

Ətraflı Baku TV-nin süjetində:

Bakının Xəzər rayonunda 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov dava zamanı bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Binə Atçılıq yaşayış massivində qeydə alınıb.

Xəstəxanaya yerləşdirilən 29 yaşlı A.Cahangirova 8 bıçaq zərbəsi vurulub.

Əldə edilən məlumata görə, onları qonşuluqda yaşayan şəxs dava zamanı bıçaqlayıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.