Atasının aldığı velosipedlə əcəlinə gedən 12 yaşlı Zəhranın FOTOSU
Ötən gün faciəli şəkildə ölən 12 yaşlı Zəhra İbrahimovanın görüntüsü yayılıb.
Demedia.az həmin fotonu təqdim edir:
Məlumat üçün bildirək ki, o, M.Füzuli adına 15 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi olub.
Hadisə Sumqayıtda qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü Zəhra İbrahimovanın üzərinə qapının şüşəsi düşüb. Azyaşlı qanaxmadan hadisə yerindəcə keçinib.
Qonşuların bildirdiyinə görə, azyaşlının atası iki gün öncə qızına velosiped alıb. Uşaq velosipedi evdə sürərkən qapıya dəyib və şüşə onun üstünə düşüb. 12 yaşlı Zəhra İbrahimova və bacısı evdə nəzarətsiz şəkildə olublar. Azyaşlının bacısı qonşuya qaçıb. Kömək çağırmaq istəsə də, heç kimi tapmayıb. Zəhra İbrahimova elə qanaxmadan kirayə yaşadıqları evdə ölüb.
Faktla bağlı araşdırma aparılır.