Xırdalanda anbardan 10 minlik avadanlıq oğurlandı



 12:23 09.07.2024     314

Xırdalanda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 28-də Xırdalan şəhəri ərazisində yerləşən anbarların birindən 10.000 manat dəyərində təmir-tikinti avadanlıqları oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Samir Orucov müəyyən olunaraq saxlanılıb.