Kürün sahilində yüzlərlə çətənə koluı məhv edildi
Şirvan rayonunda yabanı halda bitmiş çətənə kolları məhv edilib.
Bu barədə Demedia.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.
"Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının "Xaşxaş-2024" şərti adı altında keçirdikləri əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Kür çayının sahilində yabanı halda bitən 475 ədəd çətənə kolu çıxarılıb və yandırılaraq məhv edilib", - məlumatda qeyd olunub.