İntiharların sayı azalıb
İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
"Qafqazinfo" xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev bu ilin ilk rübünə həsr edilmiş Kollegiya iclasında deyib.
Baş prokuror bildirib ki, aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilir.
Bunun nəticəsidir ki, 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalıb.