Ayağına balta dəyən qadının vəziyyəti necədir?



 13:00 24.07.2024     433

Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Ağadadaş Ağayev Binəqədi rayonu ərazisində yerləşən klinikaların birində mühafizəçi ilə dava edib. Müğənninin həmin an atdığı balta klinikada işləyən qadının ayağını yaralayıb.

Demedia.az xəbər verir ki, yaralanan Nəzakət Paşayevanın səhhəti ilə bağlı son durumu öyrənmək məqsədilə Konkret.az həmin klinika ilə əlaqə saxlayıb. Klinikanın hüquqşünası Xeyransa Babayeva bildirib ki, N. Paşayeva evində müalicə alır:

"Səhhəti normaldır. Həkimlərin dediyinə görə, onun səhhəti 1 həftə ərzində normala dönməlidir. Ayağından xəsarət aldığı üçün yeriməsində çətinlik yaşayır, axsayır. Xəstəxanada deyil, müalicəsi ev şəraitində davam etdirilir. Aldığı xəsarət ağır deyil".