Yeddinci mərtəbədən yıxılan azyaşlı sağ qaldı
Rusiyanın Vladivostok şəhərində 2 yaşlı uşaq binadan yıxılıb.
Demedia.az yerli mediaya istinadla bildirir ki, hadisə Nikiforova küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Azyaşlı binanın 7-ci mərtəbəsindən yıxılıb.
Zərərçəkmiş sağ qalıb və çoxsaylı xəsarətlərlə reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.