Azərbaycanda taksi şirkəti BAĞLANDI
Naxçıvan Muxtar Respublikasında taksi xidməti ilə məşğul olmuş "Nax Taxı" şirkəti ləğv olunub.
İqtisadiyyat.az-ın məlumatına görə, taksi şirkətinin bağlanmasının səbəbləri açıqlanmayıb.
Xatırladaq ki, "Nax Taxı" ötən ilin fevralın 9-da yaranıb.
Amma şirkət cəmi dörd ay sonra fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub.
Qeyd edək ki, "Nax Taxı" tamamilə bağlandığını elan edib.