Ermənistan-Gürcüstan sərhədində zəlzələ olub
Ermənistan-Gürcüstan sərhədində üç bal gücündə zəlzələ qeydə alınıb.
Demedia.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, zəlzələ bu gün səhər saatlarında Ermənistanın Bavra kəndindən 16 kilometr şimal-şərqdə baş verib.
Təkanlar Şirak rayonunun Bavra, Saraqyux, Qazançı, Aşotsk və Musayelyan kəndlərində hiss olunub.