Ədliyyə Nazirliyi TikTok-u məhkəməyə verdi - 13 yaşından kiçik uşaqların...
ABŞ Ədliyyə Nazirliyi uşaq məlumatlarının toplanması ilə bağlı TikTok-a qarşı iddia ilə məhkəməyə müraciət edib.
Demedia.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Qeyd olunub ki, ABŞ Ədliyyə Nazirliyi TikTok-u valideynlərinin icazəsi olmadan 13 yaşından kiçik istifadəçilərin şəxsi məlumatlarını qanunsuz toplamaqda ittiham edərək, ona qarşı iddia qaldırıb.
Ədliyyə Nazirliyi həmçinin TikTok-u valideynlərin tələbi ilə uşağın hesabını və ya məzmununu silməkdən imtina etməkdə ittiham edib. Nazirlik hesab edir ki, həm TikTok, həm də sosial şəbəkənin sahibi olan Çin şirkəti "ByteDance" cərimə ödəməlidir.
Xatırladaq ki, ABŞ "ByteDance" şirkətini TikTok-u satmağa məcbur etməyə çalışır.