Bakıda evin radiatorlarını söküb oğurladılar
Bakının Suraxanı rayonu ərazisində yerləşən evlərin birindən dəyəri min manat olan su qızdırıcısı və radiatorların oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən BiG.AZ-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən İ.Abbasov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.