Xalq artisti zirzəmiyə yıxılıb, belində ağrılar var



 12:40 03.09.2024     423

Xalq artisti Həsən Ağasoy zirzəmiyə yıxılıb.

Axşam.az Demedia.az  verir ki, bu barədə aktyor sosial media hesabında yazıb. O, hazırda evdə müalicə aldığını bildirib:

"Dünən iş yerimdə boşluqdan zirzəmiyə yıxıldım. Belimdə güclü ağrılar var. Hazırda evdə müalicəm davam edir. İnşallah yaxşı olar, düzələcəyəm! Kollektivim məni tək qoymadı. Sağ olsunlar".