Polad Həşimovun həyat yoldaşına dövlət qurumunda vəzifə VERİLDİ



 19:00 03.09.2024     570

Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya dövlət qurumunda vəzifə verilib.

Demedia.az-ın məlumatına görə, o, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.

O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb.

O, 2018-2021-ci illərdə müəllimlərin işə qəbulu imtahanı nəticəsi ilə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb.