Şagirdlərin məktəbə telefon gətirməsi qadağan olumalıdır - TƏKLİF



 15:00 06.09.2024     428

Artıq bir neçə gündən sonra Azərbaycan məktəblərində yeni tədris ili başlayır. Ölkənin ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında mobil telefondan istifadə edənlərin sayı artıb. İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların çoxunun əlində telefon var. Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər ala bilmək üçün onların məktəbə telefon aparmalı olduğunu düşünürlər. Son dövrlərdə isə orta məktəblərdə baş verən neqativ halların şagirdlər tərəfindən telefonla çəkilərək sosial şəbəkələrdə paylaşıldığına şahid oluruq. Məktəblərdə yayılan görüntülərdən sonra bir sıra ümumtəhsil müəssisələrində şagirdlərin dərsə mobil telefon gətirməsinə qadağa qoyulduğu bildirilib. Buna səbəb olaraq da mobil telefonların tədris prosesinə mane olduğu göstərilib.

Mövzu ilə bağlı Demedia.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, hazırda Türkiyə, Rusiya və Avropanın bir neçə bölgəsində məktəblərə telefon gətirilməsi qadağan edilib:

"Bunun səbəbi isə telefonun məktəblinin diqqətini dağıtması və psixologiyanı pozan mənfi məlumatların alınmasıdır. Bizde isə bununla bağlı vahid bir qərar yoxdur. Lakin mən onun tərəfdarıyam ki, orta məktəblərə telefon getirilməsi qadağan edilsin. Çünki, telefon şagird psixologiyasına və zehninə birbaşa təsir göstərir. Bu reallıqdır. Bunu valideyinlər daxil hamı bilir. Təəssüf ki, telefonun məktəbə gətirilməsi ilə bağlı vahid qərar olmadığından, şagirdlərə telefonun məktəbə gətirilməsilə bağlı qadağa qoya bilmirik. Hazırda Elm və Təhsil Nazirliyinin nəznində olan məktəblərdə, həmçinin özəl lisey və kolleclərdə telefonların məktəblərə getirilməsi məktəb rəhbərləri tərəfindən qadağa edilib. Ders başlayanda uşaqlardan telefonlar yığılır, xüsusi şəxslər tərəfindən qorunur. Ders bitdikdə isə yenidən qaytarılır.
Elm və Təhsil Naziri Emin Abdullayevdə bir neçə dəfə jurnalistlərə açıqlamasında orta məktəbə telefon gətirməyin qadağan olmadığını, lakin şagirdlərə telefon getirməməyi tövsiyə etdiyini bildirib. Düşünürəm ki, telefon gətirməmək tövsiyədən əmr prizmasına keçməsi bundan sonrakı dövrlər üçün daha məqsədəuyğundur".