“Azercell” yeni Wi-Fi cihazını təqdim edir



 14:30 10.09.2024     381

4G modem alan hər kəsə 55 GB internet hədiyyə olunur.

“Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan “Azercell Telekom” MMC yeni Wi-Fi cihazını təqdim edir.

Xüsusi kampaniya çərçivəsində Wi-Fi modem alan hər kəsə fakturasız xətt data nömrə və 55 GB həcmində internet paketi (istifadə müddəti 30 gün) hədiyyə olunur.

Yeni modemi 159 AZN-ə əldə etmək mümkündür.

64-ə qədər cihazın eyni anda yüksəksürətli internetə qoşulmasını təmin edən bu modem smartfon, kompüter, noutbuk, planşet, printer, televizor və s. bu kimi cihazları dəstəkləyir.

Yeni 4G Wi-Fi modem ev və ofis ilə yanaşı, istirahət zamanı portativ internetə ehtiyacı olan istifadəçilər üçün də ideal bir həlldir.

Belə ki, cihaz 90 metrlik radiusda stabil internetə qoşulma imkanı təqdim edir.

Kampaniyadan faydalanmaq istəyən abunəçilər ən yaxın “Azercell” satış məntəqəsinə müraciət edə bilərlər.

Ətraflı məlumat üçün veb-səhifəyə keçid etməyiniz xahiş olunur.

“Azercell”in yeni Wi-Fi kampaniyasına qoşularaq yüksəksürətli internet təcrübəsindən yararlanın!