Narinin hansı tarixdə və necə öldürüldüyü AÇIQLANDI



 13:30 20.09.2024     430

Türkiyənin Diyarbəkir bölgəsində itdikdən 19 gün sonra cəsədi tapılan 8 yaşlı Narin Güranla bağlı istintaq davam edir. Məhkəmə Tibbi Eskpertizanın tamamlanmış hesabatı nəticəsində Narinin hansı tarixdə və necə öldürüldüyü məlum olub.

Demedia.az"Sondakika.com"-a istinadla xəbər verir ki, hesabatda uşağın ağız və burnunun bağlanması və boynunun sıxılması nəticəsində oksigen çatışmazlığından dünyasını dəyişdiyi bildirilib.

Diyarbəkir prokurorluğuna göndərilən hesabatda Narin Güranın yoxa çıxdığı gün, yəni avqustun 21-də vəfat etdiyi müəyyən edilib.

Qeyd edilib ki, mövcud məlumatlarla Narinin cinsi təcavüzə məruz qalıb-qalmaması ilə bağlı tibbi qiymətləndirmə aparıla bilməz.

Hesabatda sol ayağının dizdən aşağı kəsilməsinə səbəb olan travmanın öləndən sonra heyvanlar tərəfindən törədildiyi vurğulanıb.

Ekspertiza Narin Güranın qardaşı Enes Güranın qolundakı diş izlərini araşdırmağa davam edir. Bu barədə rəyin 21 sentybar tarixində açıqlanması gözlənilir.