Nazir bu məşhur şəxsi yüksək vəzifəyə TƏYİN ETDİ
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni kadr təyinatı olub.
Demedia.az Report-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov həmin Xidmətin bölmə rəisi vəzifəsinə təyin edilib.
Qurumun Mətbuat Xidməti faktı təsdiqləyib.