Benzin və dizel ucuzlaşacaq?



 15:00 22.05.2025     353

Mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Demedia.az  APA-ya -ya istinadla xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Digər qazoyllar, o cümlədən dizel yanacağının 1 ton üçün isə aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 80 manatdan 1 manata endirilib.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bu aksiz dərəcələri bundan əvvəl 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olub.