Yeni ilədək elə qiymətə satılacaq ki...



 12:30 04.06.2025     257

1 iyun 2025-ci il tarixində Kamçatkada qızıl balıq ovu mövsümünün başlanmasından bəri təzə qızılbalıq kürüsünün kiloqramı 9-9,5 min rubla (təxminən 204 manat) çatıb. Bu, ötən ilin analoji dövrünün göstəricilərindən 2 min rubl (təxminən 42 manat) çoxdur. Dekabr ayına qədər bu delikatesin qiymətinin daha 50 faiz arta biləcəyi gözlənilir.

Demedia.az  xəbər verir ki, bu barədə “İnterfaks” agentliyinə balıqçılıq informasiya agentliyinin rəhbəri Aleksandr Savelyev məlumat verib.

Onun fikrincə, mövsümün əvvəlində mövcud qiymət səviyyəsini nəzərə alsaq, ilin sonuna qədər Rusiyanın mərkəzi bölgələrində qırmızı kürünün pərakəndə satış qiyməti 15 min rubla (təxminən 322 manat) çata bilər ki, bu da 2024-cü ilin sonunda qeydə alınan maksimum qiymətlərlə müqayisə edilə bilər.

Proqnozlara görə, 2025-ci ildə Uzaq Şərqdə Sakit okean qızılbalığının ovunun ümumi həcmi 311,7 min tona qədər arta bilər, hansı ki, 2024-cü ildə bu rəqəm 235 min ton təşkil edib. Ən böyük həcmlər Kamçatka diyarında gözlənilir - 199,25 min ton. Saxalin vilayətində (62,19 min ton) və Xabarovsk diyarında (36,38 min ton) da əhəmiyyətli nəticələr proqnozlaşdırılır.