Nazirdən MÜHÜM AÇIQLAMA: Uşaqlarda Hepatit virusu ilə bağlı...



 14:16 28.04.2022     711

Səhiyyə naziri Teymur Musayev uşaqlar arasında yayılan mənşəyi məlum olmayan hepatit virusunun yayılmasına münasibət bildirib.

Demedia.az-ın xəbərinə görə, o, hazırda Azərbaycanda bununla bağlı hər hansı bir narahatlığın olmadığını bildirib:

“Bununla bağlı ölkəmizdə narahatlığa da səbəb yoxdur. Düzdür, 12 ölkədə həmin virus uşaqlar arasında yayılıb. Say o qədər də yüksək deyil. Mənşəyi də tam bəlli deyil. Bu günə qədər Azərbaycanda uşaqlarda mənşəyi məlum olmayan hepatit virusuna yoluxma halı qeydə alınmayıb. Ölkəmizdə hepatit xəstəliklərinin sıçrayışı müşahidə olunmur”, - nazir vurğulayıb.