Sumqayıtda yanğın zamanı zərərçəkənlərin sayı AÇIQLANDI



 11:24 29.04.2022     824

Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına 9 daxilolma qeydə alınıb. 7 nəfərə ilkin tibbi yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb.

Bu barədə "Report"a TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova məlumat verib.

O qeyd edib ki, hazırda 2 nəfər tüstüdən yüngül zəhərlənmə diaqnozu ilə müşahidə altındadır: "Həyatları üçün heç bir təhlükə yoxdur: "Yanğın hadisəsinin ilk baş vermə anından Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları cəlb olunub".