Azərbaycanın milli rəqəmsal təhlil platforması istifadəyə verilir - FOTOLAR



 21:25 29.04.2022     606

Medianın İnkişafı Agentliyi müxtəlif istiqamətlərdə həyata keçirdiyi islahatların davamı olaraq onlayn media subyekləri üçün də əlavə reklam fürsətinin yaradılması istiqamətində işlər görməkdədir.

Demedia.az bildirir ki, bunu Medianın İnkişafı Agentliyinin mətbuat katibi Səidə Şəfiyeva bildirib.

O qeyd edib ki, Medianın İnkişafı Agentliyi bu sahədə ixtisaslaşmış partnyorları ilə birgə bu gün Azərbaycanın milli rəqəmsal təhlil platforması olan metrix.az layihəsini təqdim edir.

“Qeyd edim ki, metrix.az təhlil platforması ölkədə 50-dən çox yerli vebsaytlar və eyni zamanda sorğular vasitəsilə Azərbaycanda ən çox oxunan xəbərləri, günün trendləri və müxtəlif statistik məlumatları özündə ehtiva edir. Bu, biznes strukturları üçün etibarlı məlumat bazası hesab oluna bilər”, - S.Şəfiyeva əlavə edib.

1

1