Qazın istismarı ilə bağlı pozuntuya görə YENİ CƏRİMƏLƏR



 18:45 30.04.2022     475

Sabahdan Azərbaycanda qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə yeni cərimələr qüvvəyə minir.

Demedia.az xatırladır ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə ediləcək.