Azərbaycan məscidlərində bayram namazı qılınıb



 09:00 02.05.2022     368

Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.

Demedia.az xəbər verir ki, Bakının əsas məscidlərindən biri sayılan Əjdərbəy məscidində bayram namazı saat 9:00-da Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayevin iştirakı ilə qılınıb.

QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bayram namazında iştirak etməyib. Buna səbəb QMİ sədrinin bayram günü Strasburqda səfərdə olmasıdır.

Bayram namazı Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Ramazan bayramı ilə əlaqədar 2-3 may tarixləri Azərbaycanda qeyri-iş günüdür.