Bakıda bahalı maşınlara qənim kəsilən şəxs ƏLƏ KEÇDİ
Bakıda avtomobilləri yandıran şəxs aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşları tərəfindən aprelin 20-də rayon ərazisində ayrı-ayrı şəxslərə məxsus “Lexus” və “Hyundai” markalı avtomobilləri yandırmaqda şübhəli bilinən Lənkəran şəhər sakini R. Abbasov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.