Narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb



 12:46 05.05.2022     220

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər tərəfindən daha bir uğurlu əməliyyat həyata keçirilib.

Dövlət Gömrük Komitəsindən Demedia.aza-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikası vasitəsilə Almaniya Federativ Respublikasına biyan kökü yükü aparan 29E39310 dövlət nömrə nişanlı “RENAULT” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində risk meyarı əsasında gömrük baxışı həyata keçirilib. Gömrük baxışı keçirilən zaman əməkdaşların sayıqlığı nəticəsində nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında xalis çəkisi 8 kiloqram 700 qram olan narkotik vasitə-heroin aşkar olunub.
Qeyd olunan faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi başlanılıb.