Paytaxtın üç prospektində deformasiyaya uğramış örtük yenilənib - VİDEO + FOTOLAR
Bakı şəhəri, Heydər Əliyev, Azadlıq və Qara Qarayev prospektlərinin bir hissəsində təmir işləri icra olunub.
Bu barədə Demedia.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, təmir işləri zamanı deformasiyaya uğramış örtüyün üst qatı frezlənərək kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.
Heydər Əliyev prospektinin Bağırov körpüsünün çıxış hissəsində (Koroğlu yol qovşağı istiqamətində) 1750 kv.m sahəsində, Azadlıq prospektinin İzzət Həmidov və Sahib Zeynalov küçələri arasında yerləşən hissəsinin 4 min kv.m sahəsində, həmçinin Qara Qarayev prospektinin (YAP-ın təşkilatının inzibati binasının önü) 600 kv.m sahəsində təmir işləri aparılıb.
Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq 30 aprel və 01 may tarixlərində, qeyri-iş günlərində yerinə yetirilib.