Bu şəxslərə də hərbi xidmətdən MÖHLƏT HÜQUQU VERİLƏCƏK



 15:14 05.05.2022     603

Azərbaycanda adyunkturaya (hərbi təhsil müəssisəsində doktoranturaya bərabər tutulan təhsil pilləsi) qəbul olunanlara təhsillərini davam etdirmək üçün çağırışa möhlət hüququ veriləcək.

Demedia.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 21.1.4-1-ci maddəsində (Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi) “doktoranturaya” sözündən sonra “(adyunkturaya)” sözü əlavə edilir .

Həmin maddədə, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə möhlət hüququ verilir.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.