"Azərbaycan güclü bir dövlət kimi Şuşaya həyatı yenidən qaytaracaq"



 19:00 29.01.2021     202

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz işğal altında olan torpqalrımızı azad etdi və bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinə son qoyuaraq ərazi bütövlüyümüzü təmin etdi. Artıq bizi qarşıda yeni vəzifələr, hədəflər gözləyir.

Nexeber.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, qarşıda duran ən əsas məsələ işğaldan azad edilmiş torpaqlarımızın bərpa edilməsidir: "Dövlət başçısı cənab İlham Əliyev bu məsələlərlə bağlı hədəfləri müəyyən edib və cəmiyyətimizə bu haqda ətraflı məlumat verib. Azərbaycan güclü bir dövlət kimi həmin ərazilərdə həyatı qaytarmaq və dirçəltmək əmindədir və bu işlər ən yüksək səviyyədə həyata keçiriləcək.

Bilirsiniz ki, 2021-ci ilin dövlət büdcəsndə bu məsələyə 2.2 milyard manat vəsait nəzərtə tutulub. Artıq bu ərazilərdə infrastrukturun bərpa edilməsi işlərinə başlanılıb. Təbii ki, dövlətimizin həmin ərazilərdə görüləcək işlərlə bağlı kompleks proqramları var və o proqramlar mərhələli şəkildə həyata keçiriləcək və ilk mərhələdə təhlükəsizlik, idarəetmə və infrastrukturun bərpa edilməsidir.

19 yanvarda Prezidentin işğaldan azad edilmiş ərazilərdə xüsusi nümayəndəsi institutu yaradıldı və yanvarın 27-də cənab Prezident Şuşaya ilk xüsusi nümayəndəsini təyin etdi. Prezident həmin nümayəndəni qəbul edərək Şuşada görüləcək işlər, qarşıda duran vacib hədəflər və tapşırlarla bağlı öz göstəriş və tövsiyələrini verdi. Dövlət başçısı Şuşanın bərpasını ümumxalq işi kimi qiymətləndirdi. Şuşanın təqdimatı ilə bağlı həm daxildə, həm də xaricdə geniş tədbirlərin həyata keçirilməsinin və həiqətlərin daha geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğuladı və bununla bağlı xaricdə geniş təqdimatların keçirilməsi il bağlı xüsusi nümayəndəyə göstərişlər verdi.

Xüsusi nümayəndənin ilk olaraq məhz Şuşaya təyin edilməsi Şuşanın Azərbaycan üçün vacib əhəmiyyətinə bir daha diqqəti çəkir. Bu əlbəttə gözləniləndir, çünki tarixən hər zaman Şuşa Dağlıq Qarabağı bölgəsinin mərkəzi olub. Cənab Prezident öz çıxışında qeyd etdi ki, "Şuşa nəinki Azərbaycanın, həm də bölgənin, Türk və İslam dünyasının mədəniyyət paytaxtı adına layiq olacaq. Bərpadan sonra Şuşada həyat qaynayacaq, zəngin mədəni həyat olacaq. "Xarı bülbül" festivalı, Vaqif Poeziya Günləri bərpa ediləcək. Vaqif Poeziya Günləri onun bərpa ediləcək məqbərəsinin önündə keçiriləcək".

Şuşa təkcə strateji və hərbi baxımdan deyil, mədəni, mənəvi və tarixi baxımdan da böyük əhəmiyyət daşıyırdı. Çünki Şuşa həm də xalqımızın mədəniyyət və musiqi beşiyidir, xalqımızın qəlbində mənəvi baxımdan Şuşanın xüsusi yeri var. Elə II Qarabağ müharibəsinin başlanmasında da təxribatlardan biri də məhz elə Şuşa ilə bağlı idi. Şuşada qeyri-qanuni "seçkilərin, andiçmə mərasimi"nin keçirilməsi, Paşinyanın cıdır düzündə rəqs etməsi böyük təxribatlar idi".

S.Hüseynova qeyd edib ki, Şuşa hər zaman Qarabağın paytaxtı kimi tanınıb: "Şuşa eyni zamanda mədəniyyət mərkəzi olub, daim Vaqif poeziya günləri, Muğam məclisləri və s kimi mədəni tədbirlərə, eyni zamanda beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edib. Şuşada doğulmuş və fəaliyyət göstərmiş çox tanınmış şəxsiyyətlərimiz, mədəmiyyət və incəsənət xadimlərimiz, elm adamlarımız, alimlərimiz olub. Heç də təsadüfi deyil ki, bu il cənab Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib".

Deputat vurğulayıb ki, Şuşanın işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində qələbəmizdə mühüm rol oynadı: "Şuşanın azad olunduğu 8 noyabr tariximizə qızıl hərflərlə yazıldı. Ali Baş Komandanımız, müzəffər ordumuz xalqımıza bu böyük qələbənin sevincini yaşatdı. Ermənilər çox çalışırdı ki, Şuşanı əldən verməsin, bunun üçün bütün qüvvələrini Şuşaya cəlb etmişdi. Həm də Şuşa dağlıq ərazidə yerləşdiyi üçün ermənilər oranı müdafiə edə biləcəklərini düşünürdülər, onlar Şuşanı alınmaz qala hesab edirdilər.

Lakin müzəffər ordumuz ermənilərin bu ümidlərini alt-üst etdi, böyük qəhrəmanlıq və igidlik göstərərək düşməni ağır məğlubiyyətə məruz qoydular. Bu baxımdan ordumuz Şuşanı azad etməklə təkcə hərbi baxımdan deyil, mənəvi-psixoloji baxımdan da düşmənə ağır zərbə vurdu.

Şuşa artıq öz sahiblərinə qayıdıb. Cənab Prezident dediyi kimi, biz Şuşanı yenidən dirçəldəcəyik, oraya gözəl həyat yenidən qayıdacaq".