Merilin Monronun portreti 195 milyon dollara SATILDI
Dünya kinosunun ən önəmli ulduzlarından olan Merilin Monronun portreti 195 milyon dollara satılıb.
Demedia.az xəbər verir ki, "Shot Sage Blue Merilin" portreti amerikalı rəssam, pop-art hərəkatının öncüsü Endi Uorhol tərəfindən 1963-cü ildə Merilin Monronun ölümündən iki il sonra çəkilib.
Rəssam rəsm çəkərkən Monronun 1953-cü ildə "Niaqara" filminin reklamı üçün çəkdiyi fotoşəkilə əsaslanıb.
Portret Nyu-Yorkdakı "Christie"də hərraca çıxarılıb. Əsər 170 milyon dollara alıcı tapıb. Bu, alıcıya vergi və ödənişlərlə birlikdə 195 milyon dollara başa gəlib. Beləliklə, portret 20-ci əsrin ən bahalı əsəri olub.